Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Avropa İttifaqı Ukraynaya 600 milyon avro ayırdı

Avropa İttifaqı Ukraynaya 600 milyon avro ayırdı
1-02-2022, 08:08 185 dəfə baxılıb

Avropa İttifaqı əlavə şərtlər olmadan Ukraynaya 600 milyon avroluq ilk tranşı verəcək. Ayrılan makromaliyyə yardımının ümumi məbləği 1,2 milyard avro təşkil edir.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Məlumata görə, Prezident Volodimir Zelenski Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskislə görüşü zamanı bildirib ki, Avropa İttifaqının 1,2 milyard avro ayırmaq qərarı maliyyə bazarları üçün vaxtında siqnal olub və bu, Ukrayna iqtisadiyyatının sabitliyini qorumağa kömək etməlidir.
“Bizim strategiyamız işə yaradı, müharibə haqqında deyil, iqtisadiyyat haqqında danışdıq. Bu gün ilk gündür ki, biz qrivnanın məzənnəsini dəstəkləmək üçün ehtiyatlarımızdan bir dollar da xərcləmədik”, - deyə Zelenski vurğulayıb.
Tərəflər, həmçinin razılaşıblar ki, 600 milyon avro məbləğində makromaliyyə yardımının birinci tranşı bütün zəruri prosedurlar başa çatdıqdan dərhal sonra əlavə şərtlər olmadan ödəniləcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI