Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiyalı keçmiş deputat Gürcüstana buraxılmadı

Rusiyalı keçmiş deputat Gürcüstana buraxılmadı
31-01-2022, 18:53 232 dəfə baxılıb

Rusiya Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov Gürcüstana buraxılmayıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə o, Teleqram kanalında bildirib. Qudkov deportasiya olunaraq Ukraynaya göndərildiyini yazıb: 
“Kiyevdən Tbilisiyə uçdum. Dövlət səviyyəsində mənim yenidən Kiyevə deportasiya edilməsi ilə bağlı qərar qəbul edilib”. 
Qudkov qərarın "siyasi" olduğuna inanır.
“Səfərimlə bağlı hamı xəbərdar idi, mən rəsmi dəvətlə gəlmişəm. Fəallar və diplomatlarla görüşlər planlaşdırılırdı. Heç bir izahat verilmir, sadəcə sərhədçilərin mülayim jestləri var”, - deyə o, qeyd edib. 
Xatırladaq ki, Dövlət Dumasının keçmiş deputatı, qeydiyyatdan keçməmiş “Dəyişikliklər Partiyası”nın lideri, qeyri-yaşayış icarəsi müqaviləsi üzrə borcunun ödənilməməsi işində şübhəli şəxs kimi əvvəlcə saxlanılmış, daha sorna sərbəst buraxılmışdı. O, ötən il Rusiyanı tərk edib. 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Qudkova qarşı aparılan istintaq hərəkətləri siyasətlə bağlı deyil.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI