Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Almatıda saxlanılanların ümumi sayı açıqlandı

Almatıda saxlanılanların ümumi sayı açıqlandı
15-01-2022, 11:25 157 dəfə baxılıb

Qazaxıstanın hüquq-mühafizə orqanları Almatı şəhərində qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə ittiham edilən 2402 nəfəri saxlayıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə məlumatı şəhər komendantlığı açıqlama yayıb.
Bildirilir ki, ölkədə terrorizmə qarşı əməliyyat başlayandan bu günə qədər 79 silah və 3976 sursat aşkar edilərək götürülüb. 
Xatırladaq ki, yanvarın 2-dən Qazaxıstanın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Bu aksiyalar bir neçə gündən sonra kütləvi iğtişaşlara çevrilib. İğtişaşlar zamanı polis, hərbçi və hakimiyyət orqanlarına hücumlar edilib. Hadisələr nəticəsində minlərlə insan xəsarət alıb, həlak olanların dəqiq sayı hələ ki, bilinmir. Ölkə rəhbərliyinin məlumatına görə, asayiş bərpa olunub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI