Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanda iki siyasi partiya birləşir

Azərbaycanda iki siyasi partiya birləşir
11-01-2022, 16:24 180 dəfə baxılıb

Azərbaycanda iki siyasi partiyanın birləşdirilməsi qərara alınıb.

Vətənim-Azərbaycandır.az” Bakupost.az-a istinadən xəbər verir ki, bunlar Yeni Yol Partiyası və 24 iyun 1992-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasıdır.
Bunun üçün Dirçəliş və Tərəqqi Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub və 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Komitənin sədri isə Ramil Hüseynov seçilib.
R. Hüseynov açıqlamasında bildirib ki, partiyanın növbəti qurultayı 22 yanvarda keçiriləcək: “Qurultayın gündəliyinə yeni sədr seçkisi və digər təşkilati məsələlər salınıb. Eyni zamanda, partiyanın nizamnaməsinə müəyyən dəyişikliklər edilməklə onu müasir dövrün reallıq və tələblərinə, siyasi şəraitinə uyğunlaşdırmaq nəzərdə tutulur”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI