Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Saakaşvili yeni tələblər irəli sürdü və vaxt qoydu

Saakaşvili yeni tələblər irəli sürdü və vaxt  qoydu
5-01-2022, 12:55 214 dəfə baxılıb

Hazırda 12 saylı Rustavi həbsxanasında cəza çəkən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hakimiyyətə iki yeni tələb irəli sürüb.

Vətənim-Azərbaycandır.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə onu ziyarət edən vəkilləri məlumat verib.
Hüquq müdafiəçisi Şota Tutberidze jurnalistlərə bildirib ki, Saakaşvilinin iki əsas tələbi var: konfidensiallığa riayət edilməklə rabitəni bərpa etmək və müstəqil həkimlərin ona baxış keçirməsi üçün şərait yaratmaq.
Tutberidzenin sözlərinə görə, bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə, Saakaşvili yanvarın 6-dan etirazın son formasına əl atacaq. Vəkil onun nədən ibarət olacağını dəqiqləşdirməyib.
Vəkillərin sözlərinə görə, hələ də Saakaşvilinin yanına müstəqil konsiliumun həkimlərini buraxmırlar.
Qeyd edək ki, Gürcüstanın eks-prezidenti 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabiltasiya kursu keçmiş, dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.
Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI