Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Media haqqında” qanunun müzakirəsi sonuncu iclasa qaldı

“Media haqqında” qanunun müzakirəsi sonuncu iclasa qaldı
28-12-2021, 19:43 193 dəfə baxılıb

Milli Məclisin 2021-ci il payız sessiyasının sonuncu iclasının gündəliyi məlum olub.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, dekabrın 30-da keçiriləcək iclasda deputatlar 9 məsələni müzakirə edəcəklər. Bunlar İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Milli Məclisin qərar layihəsi, “Azərbaycanı və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycanda Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında layihə, “Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə layihə, “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında layihə, “Azərbaycan Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi haqqında layihə,  “Media haqqında” qanun layihəsi (üçüncü oxunuş), Vergi Məcəlləsinə və Mənzil Məcəlləsinə dəyişiklik edilməsi haqqında layihələrdir.
Qeyd edək ki, iclasın sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisinin müraciəti təsdiq ediləcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI