Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Demokratiya termini mənim üçün mənasını itirib” - Lavrov

“Demokratiya termini mənim üçün mənasını itirib” - Lavrov
28-12-2021, 09:13 201 dəfə baxılıb

“Müasir reallıqlarda “demokratik dövlət” termini öz mənasını itirib”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Solovyov LIVE” yutub-kanalında Vladimir Solovyova verdiyi müsahibəsində deyib. 
“Bu gün “kimin indi demokratiya olması, kimin demokratiya olmaması” əhəmiyyət kəsb etmir. Terminlər mənim üçün bütün mənasını itirib. Siz indi Baydenin təşkil etdiyi demokratiya sammitini qeyd etdiniz. Diqqətlə baxsaq, sammit iştirakçıları heç də Amerika demokratiyası kriteriyaları, eləcə də amerikalıların demokratik dövlət üçün nümunəvi hesab etdiyi kriteriyalar əsasında seçilməyib”, - deyə Lavrov söyləyib.
Qeyd edək ki, ABŞ tərəfindən təşkil olunan “Demokratiya sammiti” dekabrın 9-u və 10-u videokonfrans formatında keçirilib. Sammitdə dövət başçıları, müdafiəçiləri və biznesmenlər iştirak edib. Rəsmi Vaşinqton sammitə 100 dövlət və ərazini dəvət edib. Sammitə dəvət olunmayan ölkələr sırasında Azərbaycan, Türkiyə, Rusiya, Çin və s. digər ölkələr olub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI