Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Cənubi Qafqazda türk-erməni qarşıdurması başa çatır”

“Cənubi Qafqazda türk-erməni qarşıdurması başa çatır”
27-12-2021, 17:17 160 dəfə baxılıb

“Hazırda Cənubi Qafqazda çox fərqli bir proses gedir. Erməni diasporunun bütün enerjisini sərf etdiyi cəhdlər çökmək üzrədir”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
“Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq başa çatır. Qarabağın azad edilməsi ilə, müstəqilliyini qazanaraq Azərbaycana qovuşması ilə birlikdə tarixdə artıq orada yeni bir səhifə açıldı”, - deyə Kalın qeyd edib.
Kalın, həmçinin Türkiyə və Ermənistanın qarşılıqlı olaraq münasibətlərini normallaşdırmaq üçün addımlar atdığını da xatırladıb. O bildirib ki, Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırması həm siyasi, həm də iqtisadi baxımdan bu ölkəyə böyük töhfə verəcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI