Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qardaşını öldürüb bəraət alan şəxsin hökmündən protest verildi

Qardaşını öldürüb bəraət alan şəxsin hökmündən protest verildi
22-12-2021, 22:44 191 dəfə baxılıb

Baş Prokurorluq qardaşını bıçaqlayaraq ölümünə səbəb olan Elçin Camalovun bəraət alması barədə hökmdən protest verib.

Mətbuat xidmətindən “Vətənim-Azərbaycandır.az” a verilən məlumata görə, martın 18-də birgə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Etibar Camalov bıçaqla qardaşı Elçin Camalova xəsarət yetirmiş, daha sonra sonuncu bundan qəzəblənərək qisas almaq niyyəti ilə evdə masanın üzərində olan bıçağı götürüb Etibar Camalovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Nəsimi rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Elçin Camalova qeyd edilən maddə ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Elçin Camalovun əməli “zəruri müdafiə” kimi qiymətləndirilərək ona bəraət verilib.
Məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI