Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Saakaşvilinin ad günündə Tbilisidə kütləvi aclıq aksiyası başlayır

Saakaşvilinin ad günündə Tbilisidə kütləvi aclıq aksiyası başlayır
22-12-2021, 07:33 156 dəfə baxılıb

Gürcüstanda müxalifət partiyası olan “Vahid Milli Hərəkat” Partiyasının rəhbəri Nika Melia Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili həbsdən çıxana qədər kütləvi aclıq aksiyasına başladığını bəyan edib.

Vətənim-Azərbaycandır.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Melia bunu Rustaveli prospektində Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyasında deyib.
Saakaşvilinin ad gününə toplaşan minlərlə tərəfdarı onun azadlığa buraxılmasını tələb edib.
"Müxalifət kütləvi aclıq aksiyasına başlayır. Dostlarımla, çoxlu sayda insanla birlikdə əminəm ki, hamının gözlədiyindən də çox olacaq. Biz Saakaşvilini əsirlikdən azad etmək üçün yeni mərhələyə və kütləvi etiraz aksiyasına başlayırıq”, - Melia bildirib.
Müxalifətçi vurğulayıb ki, aksiyada nə qədər çox insan iştirak etsə, bir o qədər yaxşıdır:
“Çünki Saakaşvili, onun təbirincə desək, “özü üçün mübarizə aparmır”. Bu, çətin qərardır və bu, bizim konstitusiya qərarımızdır. Mən heç kəsi məcbur etməyəcəyəm, amma nə qədər çox olsaq, nə qədər çox konsolidasiya olsaq, müsbət nəticə bir o qədər tez gələcək", - Melia əlavə edib.
Onun sözlərinə görə, müxalifətçilər “Vahid Milli Hərəkat”ın Tbilisinin kənarında, Kaxeti şossesində yerləşən ofisində ac qalacaqlar.
Qeyd edək ki, M.Saakaşvili 21 dekabr 1967-ci ildə Tbilisi şəhərində anadan olub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI