Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Növbəti "3+3" formatında görüşü Türkiyədə keçirməyi planlaşdırırıq”

“Növbəti "3+3" formatında görüşü Türkiyədə keçirməyi planlaşdırırıq”
20-12-2021, 00:46 157 dəfə baxılıb

“Moskvada nazir müavinləri səviyyəsində 3+2 formatında görüş keçirilib. Gürcüstan iştirak etmədi, lakin biznövbəti görüşü Türkiyədə keçirməyi planlaşdırırıq və inanırıq ki, Gürcüstan da həmin görüşdə iştirak edəcək”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İslamabadda jurnalistlərin suallarını cavablandırarkən deyib. 
“Həmin görüşlər və son hadisələr (azərbaycanlı həmkarı Bayramovla ikitərəfli görüşlər çərçivəsində - red.) fonunda fikir mübadiləsi apardıq və məlumat paylaşdıq. Parlamentdə dedik ki, Ermənistanla birbaşa əlaqə saxlamaq üçün xüsusi nümayəndə təyin edəcəyik. Ermənistan da öz xüsusi nümayəndəsini təyin edib. Bəzi aviaşirkətlərin uçuş tələbləri olub və biz onlardan bəzilərini qarşılayacağıq. Biz də onlarla məsləhətləşdik. Biz Azərbaycanla, xüsusən də Cənubi Qafqazda bir yerdə məsləhətləşir, birgə qərarlar qəbul edirik”, - deyə Çavuşoğlu qeyd edib.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI