Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ceyhun Bayramov Məhdum Şah Mahmud Qureşi ilə görüşdü - Foto

Ceyhun Bayramov Məhdum Şah Mahmud Qureşi ilə görüşdü - Foto
19-12-2021, 03:30 95 dəfə baxılıb

Bu gün Pakistana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında görüş baş tutub.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Pakistan-Azərbaycan əlaqələrini iki dost və qardaş ölkə arasında münasibətlər kimi xarakterizə edən Pakistan naziri, siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib.
Həmçinin ikitərəfli ticarət, sərmayə, enerji sahələrində əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb.
Nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişə ilə bağlı, eləcə də, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Pakistanın verdiyi birmənalı siyasi-mənəvi dəstəyi vurğulayıb və bunun Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığını qeyd edib.
Nazir ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafı ilə yanaşı, üçtərəfli formatda davam edən əməkdaşlığa istinad edib, o cümlədən cari il ərzində Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşünü, həmçinin üç ölkənin Parlamentlərinin spikerlərinin görüşünü qeyd edib.
Bu il ərzində iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi, habelə iki dövlətin prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində görüşünün keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.
Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərindən danışan nazir Ceyhun Bayramov, bu ərazilərin minadan təmizlənməsi prosesində Pakistanın təcrübəsindən istifadə edildiyini və bu xüsusda dost ölkənin Azərbaycana dəstəyini minnətdarlıqla ifadə edib.
Nazirlər, həmçinin Əfqanıstandakı humanitar vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI