Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ermənistan Naxçıvana dəmir yolunun inşasının ilkin dəyərini açıqladı

Ermənistan Naxçıvana dəmir yolunun inşasının ilkin dəyərini açıqladı
16-12-2021, 17:36 116 dəfə baxılıb

Ermənistan tərəfi Arazdəyən-Horadiz (Arazdəyən-Culfa-Mehri-Horadiz) dəmir yolunun təmiri üçün tələb olunacaq məbləğ barədə ilkin məlumat yayıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan bu gün keçirilən brifinqdə bildirib ki, sözügedən dəmir yolunun təmiri üçün 1 milyard dollardan çox vəsait tələb oluna bilər.
Bununla yanaşı, nazir vurğulayıb ki, bu rəqəmlər dəqiq nəticə deyil və təxmini hesablamadır. O qeyd edib ki, bu məsələyə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi nəzarət edir.
“Bundan başqa, dəmir yolunun mərhələlərlə, yaxud ən sonda tam hazır halda necə istifadəyə veriləcəyini bilmək vacibdir. Dəmir yolunun bəzi hissələrini tez təmir etmək mümkündür, digər hissələrinə isə daha çox vaxt və pul tələb olunacaq. Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin hesablamalarına görə, Arazdəyəndən Naxçıvana qədər olan dəmir yolu qovşağının yenilənməsi üçün cəmi bir neçə yüz metr yol çəkilməlidir”, - deyə Kerobyan əlavə edib.
O qeyd edib ki, ilkin fərziyyəyə görə, yolun Mehri hissəsi üçün 200 milyon dollara qədər vəsait lazım ola bilər: “Lakin Qarabağda Mincivandan Horadizə qədər təqribən 1 milyard dollar tələb oluna bilər. Dəmir yolunun inşası bir neçə il çəkə bilər”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib ki, Ermənistan sözügedən dəmir yolu ilə Rusiya və İrana, Azərbaycan isə Naxçıvana çıxış əldə edəcək. O bildirib ki, Türkiyə ilə sərhəd və kommunikasiyaların açılması ilə bağlı razılıq əldə olunarsa, Gümrü-Qars dəmir yolu da işə başlaya bilər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI