Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

FHN-in kollektivi Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

FHN-in kollektivi Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
16-12-2021, 15:29 232 dəfə baxılıb

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 8 dekabr 2006-cı il tarixli Sərəncamla hər il dekabrın 16-sı Azərbaycan Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu münasibətlə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi dekabrın 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.








ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI