Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bayden Putinə xəbərdarlıq etdi

Bayden Putinə xəbərdarlıq etdi
12-12-2021, 18:35 151 dəfə baxılıb

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib.

Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya Ukraynaya doğru hərəkət edərsə, bunun Moskva üçün ağır nəticələri olacaq. Bayden bildirib ki, bu hal baş verərsə, ABŞ Şərqi Avropadakı müttəfiqlərinə əlavə qoşun göndərəcək. 
ABŞ Prezidenti, həmçinin, Rusiyanın Ukraynaya hücumunun rəsmi Moskva üçün “dağıdıcı iqtisadi nəticələri”nin olacağını deyib. 
Bayden əlavə edib ki, ABŞ və NATO Rusiyanın yaratdığı təhlükəsizlik təhdidlərinə həssas olan Mərkəzi və Şərqi Avropada alyans üzvləri olan B9 ölkələrinin müdafiəsini də gücləndirəcək.
“Biz Rusiyanın istənilən hücumundan qorumaq üçün şərq cinahına, B9-a, bütün NATO ölkələrinə daha çox ABŞ və NATO əsgərini göndərməyi lazım biləcəyik”, - deyə Bayden qeyd edib. 
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI