Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ermənistan Müdafiə Nazirliyində kütləvi ixtisarlar başlayır

Ermənistan Müdafiə Nazirliyində kütləvi ixtisarlar başlayır
8-12-2021, 13:40 151 dəfə baxılıb

Ermənistanın Müdafiə Nazirliyində kütləvi işdən çıxarılmalar başlayıb.

Vətənim-Azərvaycandır.az” erməni mediasına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin baş katibi Artur Sarkisyan vəzifəsindən azad edilib.
Bildirilir ki, Baş nazir Nikol Paşinyan 2020-ci ilin iyun ayında Artur Sarkisyanı 2020-ci ilin birinci yarısı üzrə hesabatının müsbət nəticəsinə görə mükafatlandırmışdı.
“Joxovurd” qəzeti yazır ki, Baş katibin müavini, Müdafiə Nazirliyi Katibliyinin rəisi Suren Poqosyan da vəzifəsindən azad edilib.
Qəzetin məlumatına görə, yeni müdafiə naziri Suren Papikyan bu vəzifəyə təyinatından sonra Müdafiə Nazirliyinin müxtəlif idarələrinin əməkdaşlarını mütəmadi olaraq yanına çağırır və onların funksiyaları ilə şəxsən tanış olur.
Müdafiə Nazirliyinin rəhbərliyində keçirilən görüşlərdən sonra isə müəyyən təhlillər aparılıb və qərara alınıb ki, nazirlikdə formalaşmış “ənənələr”i aradan qaldırmaq üçün kadr dəyişiklikləri idarələrin əməkdaşlarından başlamalıdır.
Məsələ ondadır ki, yeni nazirə izah ediblər ki, nazirliyin idarələrinin əməkdaşları öz işlərinə görə məsuliyyəti bir-birilərinin üzərilərinə atırlar və adətən buna görə də, iş irəli getmir. Bu cür halları istisna etmək üçün isə Müdafiə Nazirliyinin bəzi idarələrində yaxın vaxtlarda əməkdaşların ümumi ixtisarlarına başlanılacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI