Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Əziz Sancar İlham Əliyevlə görüşündən danışdı

Əziz Sancar İlham Əliyevlə görüşündən danışdı
6-12-2021, 15:00 120 dəfə baxılıb

“Prezident İlham Əliyevlə görüşümüzdə Qarabağ müharibəsindən söz açdıq. Minsk qrupunun 30 illik fəaliyyətini müzakirə etdik. Onlar 30 il ərzində heç bir addım atmadılar”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu fikirləri Kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar Bakıda keçirdiyi brifinqdə deyib.
“Mən görüşdə elm adamı, türk alimi olduğumu dedim. Türk milliyətçisi olmağın digər önəmli tərəfi də elmdə qüvvətli olmaqdır. Əgər bilikli olmasan, xarici qüvvələrin etdiklərinə qarşı çıxmaq olmaz və onların istədiklərini edərsən. Bunu Prezident İlham Əliyev də dəstəklədi. Ərdoğanla da görüşümdə deyirdim ki, fundamental elmlərə hər şeydən əvvəl üstünlük verilməlidir. Texnologiya da fundamental biliklər əsasında düzgün qurula bilər. Bunun türk dünyasına faydasından başqa insanlığa qarşı borcumuz olduğunu düşünürəm”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI