21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
“Lavrov və Blinken arasında gərgin mübahisə olub” - “Bloomberg”
Dekabrın 2-də Stokholmda görüşən Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında gərgin mübahisə olub.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, gərginlik Ukraynadakı vəziyyətlə bağlı müzakirələr zamanı ortaya çıxıb.
Qeyd edilib ki, Stokholmdakı ATƏT Xarici İşlər Nazirləri iclası çərçivəsində görüşən Lavrov və Blinken Ukraynaya qarşı rus təcavüzkarlığı olacağı təqdirdə Qərbin görəcəyi tədbirlər gündəmə gələndə gərgin şəkildə mübahisə etməyə başlayıblar.
“Prezident Vladimir Putinin birliklərinin qonşu ölkənin sərhədi yaxınlığında yerləşdirilməsi səbəbindən Ukraynaya qarşı rus təcavüzkarlığı təhdidinə qarşılıq vermək üçün amerikalı və avropalı müttəfiqlərin sanksiyalar da daxil olmaqla, müxtəlif yollar axtardığının söylənməsindən sonra fikir mübadiləsi gərgin bir şəkildə irəliləməyə başlayıb”, - xəbərdə qeyd edilib.
Qaynaqların bildirdiyinə görə, Lavrov Blinkenə 2014-cü ildə Kiyevdə yaşanan hadisələrin dövlət çevrilişi olduğunu xatırladıb, NATO və Avropa İttifaqını fərqli fikirdə olanların üstündən keçmək və Rusiyanı təhdid etməkdə günahlandırıb.
Blinken isə NATO-nun bir müdafiə ittifaqı olduğunu bildirərək, keçmiş Ukrayna Prezident Viktor Yanukoviçə sadiq qüvvələrin Kiyevdə sülhpərvər aksiyaçılara atəş açdığını və yüzdən çox insanı öldürdüyünü deyib.