Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Aİ Ukraynaya müdafiə üçün 31 milyon yardım edəcək

Aİ Ukraynaya müdafiə üçün 31 milyon yardım edəcək
3-12-2021, 12:12 265 dəfə baxılıb

Avropa İttifaqı (Aİ) müdafiəni gücləndirmək və sülhə töhfə vermək üçün Ukraynaya 31 milyon avro yardım edəcəyini açıqlayıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, maliyyə yardımları Gürcüstan və Moldovaya da ayrılacaq.
Yardımın bu ölkələrdə hərbi potensialı və müdafiəni gücləndirməklə sülhü dəstəkləmək məqsədi daşıdığı bildirilir.
Aİ-nin məlumatında qeyd olunub ki, xüsusilə fövqəladə hallarda istifadə olunacaq səhra xəstəxanaları və logistika bölmələri kimi hərbi tibb hissələrinin maliyyələşdirilməsi üçün Ukraynaya 36 ay ərzində 31 milyon avro qrant veriləcək.
Eyni məqsədlə Gürcüstana 12 milyon 750 min avro, eyni müddət ərzində isə Moldovaya 7 milyon avro veriləcək.
Maliyyə isə ölkədə fəaliyyət göstərən Aİ Təhsil Missiyası çərçivəsində 30 ay müddətində 24 milyon avro yardım veriləcəyi açıqlanıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI