Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Misir XİN Azərbaycana başsağlığı verdi

Misir XİN Azərbaycana başsağlığı verdi
2-12-2021, 23:35 188 dəfə baxılıb

Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində hərbçilərimizin həlak olması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bununla bağlı Nazirliyin rəsmi feysbuk səhifəsində edilən paylaşımda deyilir:
“Misir Ərəb Respublikası hərbi helikopterin qəzaya uğraması nəticəsində insan ölümü və yaralanması ilə bağlı dost Azərbaycan Respublikasına dərin hüznlə başsağlığı verir.
Misir bütün həlak olanların ailələrinə səmimi başsağlığını çatdırır, yaralananların tezliklə sağalmasını arzulayır.
Həmçinin, Misir bu ağrılı hadisə ilə bağlı Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu ifadə edir”.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI