Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Makron: Britaniyanı “kloun” Conson idarə edir

Makron: Britaniyanı “kloun” Conson idarə edir
2-12-2021, 16:31 216 dəfə baxılıb

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Boris Consonu təlxək adlandırıb və onunla iş görməyi sirklə müqayisə edib.

İctimairey.az xəbər verir ki, bu barədə bu gün, dekabrın 2-də “Sky News” telekanalı Fransanın “Canard Enchaine” satirik həftəlik nəşrinə istinadən məlumat yayıb.
Sky News xəbər verir ki, Makron 24-25 noyabr tarixlərində Xorvatiyaya səfəri zamanı Conson haqqında xoşagəlməz danışıb. Telekanal xatırladıb ki, Fransa prezidentinin səfəri Pas-de-Kale sularında miqrantlarla birlikdə 27 nəfərin qayıq qəzasının qurbanı olmasından bir neçə saat sonra başlayıb. Böyük Britaniyanın baş nazirinin mətbuat xidməti noyabrın 24-də bildirib ki, Conson və Makron miqrantların La-Manş boğazı boyunca qanunsuz hərəkətini dayandırmaq üçün, hər şeyi etməyə razılaşıblar.
“Biz böyük söhbətlər aparırıq, amma ondan əvvəl qeyd edim ki, Conson mənə qeyri-adi görünür. Həmişə eyni sirk. Bir təlxəkin rəhbərliyi altında, belə böyük bir ölkənin idarə olunmasını görmək çox kədərlidir” – deyə Sky News Canard Enchaine-in məqaləsində Makrondan sitat gətirib

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI