Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

17:15 - "Formula 1" üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb

17:14 - Mehriban Əliyeva: "Bütün məktəblilərə möhkəm cansağlığı, əzmkarlıq və əla qiymətlər arzulayıram!"

17:08 - Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulacaq

16:59 - RESPUBLİKA Sahibkar qadınlar ibnin təşkilatcılığı ilə BAŞKENT restoramında Bilik gününə və birliyin icracı direktoru Aygün xanımın qızı Səbinənin alı məktəbə daxil olması münasibətilə tədbir kecirilmişdir

04:19 - "Formula 1": Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb

04:14 - İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib

17:47 - Azərbaycanın müdafiə nazirinin müavini Çinə səfər edib

17:47 - "Formula 2": Bakıda sprint yarışının qalibi bəlli olub

17:42 - İlham Əliyev: "Fatma Səttarova gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçib"

17:38 - İlham Əliyev "Xəqani" bağında yaradılan şəraitlə tanış olub

17:37 - Əməkdar artist Yaqub Zurufçunun vəfatından 3 il ötür

01:43 - Bu gün Vetenim Azerbaycandır .az qrupunun üzvlərindən olan Saatlı rayon sakini Aslanova Könül Akif qızının doğum günüdür.

00:01 - Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib

23:45 - Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib

23:43 - COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb

İlham Əliyev Arif Alvi ilə görüşdü - Fotolar+Yeniləndi

İlham Əliyev Arif Alvi ilə görüşdü - Fotolar+Yeniləndi
28-11-2021, 17:10 110 dəfə baxılıb

Noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Arif Alvi dedi: Salaməleyküm, Zati-aliləri.
Prezident İlham Əliyev: Salam. Sizi bir daha görməyə çox şadam. Sizin Azərbaycana səfərinizi xatırlayıram, birlikdə yaxşı vaxt keçirdik.
Prezident Arif Alvi: Siz öz torpaqlarınızı geri qaytardıqdan sonra birinci dəfədir ki, görüşürük.
Prezident İlham Əliyev: Bəli, dəstəyiniz üçün çox sağ olun.
Prezidenti Arif Alvi: Mən həmişə demişəm ki, biz bunu Sizdən öyrənməliyik. Vaxtı düzgün seçmişdiniz. Dünya bunu qəbul etdi, bunu etmək lazım idi. Əslində bu, BMT-nin icra olunmamış qətnamələrinə əsasən atılmış bir addım idi.
Prezident İlham Əliyev: Demək olar ki, 30 il ərzində icra olunmamışdır.  
***
Görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olundu. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edildi.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulandı. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi.
Həmçinin son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksəksəviyyəli səfərlərin əhəmiyyəti qeyd olundu. Eyni zamanda, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Dünyada artan islamofobiya meyilləri ilə bağlı narahatlıq ifadə edildi.
Görüşdə ölkələrimiz arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edildi.
Pakistan Prezidenti tərəfindən bu ölkədə həyata keçirilən layihələrə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür ifadə olundu.





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI