Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Təxirəsalınmaz delimitasiya prosesinə başlamağa hazırıq” - İlham Əliyev

“Təxirəsalınmaz delimitasiya prosesinə başlamağa hazırıq” - İlham Əliyev
26-11-2021, 23:50 155 dəfə baxılıb

“Rəsmi Bakı Azərbaycan və Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi məsələsində Rusiyanın dəstəyini yüksək qiymətləndirir”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı deyib.
“Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq.
Əlbəttə, bir sıra başqa məsələlər də qarşıya çıxır, lakin onlar operativ şəkildə, o cümlədən Rusiya tərəfinin, şəxsən Sizin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, hökumətin və digər strukturların fəal iştirakı ilə həll edilir”, - deyə İlham Əliyev bildirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI