Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Braziliya televiziyasında 44 günlük müharibədən və Ermənistanın təxribatlarından danışılıb.

Braziliya televiziyasında 44 günlük müharibədən və Ermənistanın təxribatlarından danışılıb.
24-11-2021, 11:47 170 dəfə baxılıb

Noyabrın 20-də Braziliyanın yerli “Rede TV” kanalının “O Mundo in Foco” proqramında Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinin Zəfər Gününün birinci ildönümünə həsr edilmiş tədbirinə dair xüsusi proqram efirə verilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, proqramın aparıcısı, jurnalist Fabiana Ceyhan bu il ölkəmizə və işğaldan azad olunmuş ərazilərə səfərindən, 17 noyabr tarixində səfirlikdə yerli jurnalistlər üçün Zəfər Gününə həsr edilmiş tədbirdən söz açıb. Daha sonra bir neçə həftə öncə Braziliya Senatında Parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Antonio Anastasiyanın Azərbaycana, o cümlədən işğaldan azad olunmuş ərazilərə səfərinə aid senatda çıxışı verilib.
Səfir Elxan Poluxov 44 günlük müharibədən bəhs edərək, Ermənistanın son təxribatlarından danışıb, Braziliyanı və digər ölkələri azad olunmuş ərazilərin bərpasında iştirak etməyə çağırıb.
Bundan əlavə, efirə gedən xüsusi reportajda yerli jurnalistlərin Azərbaycan haqqında söylədikləri müsbət fikirlər də yer alıb. Həmçinin otuz ildən artıq jurnalist fəaliyyəti ilə məşğul olan Milton Atanazio Azərbaycanın torpaqlarının geri qaytarılması münasibətilə xalqımızı təbrik edib, regionda sülhün bərqərar olunması və Braziliyanın da bu prosesdə daha fəal iştirak etməsi arzusunu bildirib.
Proqram noyabrın 21-də eyni kanalda təkrar yayımlanıb.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI