Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Saakaşvili nə qədər müddətə sağalacaq? - Həkimi açıqladı

Saakaşvili nə qədər müddətə sağalacaq? - Həkimi açıqladı
24-11-2021, 04:01 176 dəfə baxılıb


“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tam sağalması üçün bir neçə ay lazım olacaq”.
Vətənim-Azərbaycandır.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze deyib. 
“Yalnız qidalanma haqqında danışsaq, onun normal qidalanması bir-iki ay çəkəcək, lakin digər orqanların bərpası üçün vaxt lazımdır. Fikrimcə, ona bir neçə ay lazım olacaq”, - deyə kipşidze bildirib. 
O qeyd edib ki, Saakaşvili özünü zəif hiss etsə də, plana uyğun müalicə alır.
"Onun zəifliyi var və bu zəiflikdə qeyri-adi heç nə yoxdur. Təzyiq, digər laboratoriya parametrləri normal həddədir. Əlbəttə, bəzi göstəricilərin düzəldilməsinə ehtiyac var və bu, 5-6 günə başa çatmayacaq uzun prosesdir”, - deyə eks-prezidentin həkimi söyləyib. 
Müalicə prosesi başa çatdıqdan sonra Saakaşvili Rustavi həbsxanasına qaytarılacaq və iki cinayət işi üzrə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməyə davam edəcək. Müddət onun bu il oktyabrın 1-də həbs edildiyi andan başlayır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI