Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Xaricə beyin axını var, qarşısını almalıyıq”

“Xaricə beyin axını var, qarşısını almalıyıq”
24-11-2021, 00:08 142 dəfə baxılıb

"Bu, elə məsələdir ki, onu tələsik səsə qoymaq olmaz. Bizə ən çox müraciət işsizliklə bağlıdır. Azərbaycan kimi ölkələrdə işsizliyin səviyyəsi 7 %-dən artıq olursa, bir sıra iqtisadi və sosial fəsadlar yaranır”.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İşsizlikdən Sığorta Fondunun büdcəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, artıq Azərbaycanda işsizliyin faizi 7 %-dən çoxdur: “İSF-nin büdcəsi hesabına işsizliklə mübarizə aparmaq mümkün deyil. Bu fonda əlavə vəsaitər cəlb edilməlidir. Bir neçə il ərzində cəmi 8500 adama işsizliyə görə müavinət verilib. Bu müavinətlər bütün işsizlərin 0,7 %-ni təşkil edir. Həddən artıq dözülməz rəqəmlərdir.
İSF-nin işlərini görən müvafiq icra hakimiyyəti orqanına ayrılan vəsait işsizlik üçün ayrilan vəsaitdən 5 dəfə artıqdır. Xaricə beyin axını var. Bunun qarşısını almalıyıq. Azərbaycan vətəndaşı ona normal şərait yaradanda özünü və ailəsini dolandırmağa qadirdir. O insanlara şərait yaradılmalıdır".
Spiker Sahibə Qafarova isə deputata cavab olaraq deyib ki, onlar məsələni səsə tələsik qoymaq istəmirlər: "Siz komitələrdə büdcə müzakirələrində çıxış etmədinizmi? Məsələlər müzakirə olunanda şərait yaratmaq lazımdır. Qaldı ki, həssas təbəqədən olan insanların işlə təmin edilməsi məsələsinə, hökumət tərəfindən bu istiqamətdə böyük işlər görülür. Sadəcə zaman lazımdır".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI