Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Bakı tərəddüd etmədən bütün lazımi cavabı verəcək” - Ceyhun Bayramov

“Bakı tərəddüd etmədən bütün lazımi cavabı verəcək” - Ceyhun Bayramov
17-11-2021, 15:02 119 dəfə baxılıb

“Ermənistan beynəlxalq hüquq normalarına riayət etməsə və Azərbaycanın milli təhlükəsizliyinə təhdid doğuran hər hansı addım atarsa, Bakı tərəddüd etmədən bütün lazımi cavabı verəcək”.
Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib. 
C. Bayramov qeyd edib ki, hazırda iki ölkə arasında münasibətlərin normallaşması prosesindən danışmaq olar.
“Azərbaycan buna hazırdır. Qarabağa dair üçtərəfli bəyanatın bir çox bəndlərinin icrasına baxmayaraq, hələ də həllini tapmamış məsələlər var. Azərbaycan məsələyə konstruktiv və müsbət yanaşır. Prezident İlham Əliyev sülh və iki ölkə arasında əlaqələrin normallaşdırılması ilə bağlı açıqlamalar verib. Bakı regionda sülhün təmin olunması üçün addımlar atmağa hazır olduğunu nümayiş etdirir”, - deyə nazir əlavə edib.
XİN rəhbəri, həmçinin Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinin irəliləməsi üçün zəruri olan kriteriyaları vurğulayıb. Onun sözlərinə görə, bu kriteriyaların ən başlıcası beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü faktının nəzərə alınmasıdır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI