Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ABŞ-la post-münaqişə mərhələsi müzakirə olundu

ABŞ-la post-münaqişə mərhələsi müzakirə olundu
7-11-2021, 02:27 155 dəfə baxılıb

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

Xarici İşlər Nazirliyindən “Vətənim-Azərbaycandır.az"-a verilən məlumata görə, görüş bu gün keçirilib.
C.Bayramov ABŞ Dövlət katibinin köməkçisinin regional səfəri çərçivəsində Azərbaycana səfər etməsinin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı perspektivlərinin müzakirəsi, habelə regiondakı cari vəziyyətlər tanışlıq baxımından əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimiz arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.
E.Olson səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə çox məhsuldar görüşün keçirildiyini qeyd edib.
Azərbaycanın NATO-nun sülhməramlı missiyası çərçivəsində Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi dəstək yüksək qiymətləndirilib və bu xüsusda təşəkkür ifadə edilib.
Görüşdə tərəflər post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlarla bağlı qarşı tərəfə məlumat verib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI