Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Zəngəzur dəhlizi məsələsi, demək olar ki, həll olunub” - Erməni politoloq

“Zəngəzur dəhlizi məsələsi, demək olar ki, həll olunub” - Erməni politoloq
5-11-2021, 01:53 212 dəfə baxılıb

“Zəngəzur dəhlizi məsələsi, demək olar ki, həll olunub”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan erməni mediasına verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, noyabrın 8-i, 9-u və yaxud 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün keçirilib-keçirilməməsi vacib deyil. 
“Vacib olan odur ki, görüş gec-tez olacaq, dəhliz məsələsi isə müzakirə olunacaq, hər hansı müqavilə imzalanacaq. Bu sənəd bəyanat və yaxud başqa necəsə də adlandırıla bilər, lakin bu prosesin getdiyinə heç bir şübhə yoxdur.
Bu məsələ çox fəal olaraq müzakirə olunur. Ümumilikdə, kobud dillə desək, bu məsələ artıq həll olunub və aydındır ki, dəhliz açılacaq. Dəhlizin hansı variantda, hansı texniki şərtlərlə açılacağı isə müzakirə predmetidir”, - deyə İskəndəryan qeyd edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI