Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezidentlə xanımı şəhidimizin hazırladığı abidənin açılışında - Video

Prezidentlə xanımı şəhidimizin hazırladığı abidənin açılışında - Video
2-11-2021, 00:42 173 dəfə baxılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfərləri çərçivəsində Gənclər Parkında şəhid Samir Kaçayevin valideynləri ilə görüşüblər."Vətənim-Azərbaycandır.az" xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov şəhidin əsəri barədə dövlət başçısı və birinci xanıma məlumat verib.

Tahir Məmmədov: Cənab Prezident, gördüyünüz bu əsər Şamaxıda böyüyüb başa çatmış heykəltəraş Samir Kaçayevin əsəridir.Prezident İlham Əliyev: Bəli, bilirəm.
Tahir Məmmədov: “Küləklə sovrulanlar” adlanır. Mehriban xanım, Sizin diqqət və qayğınızın nəticəsidir ki, bu əsər məhz Şamaxıda qoyuldu. Həm valideynləri, həm bizim hamımız üçün çox gözəl böyük bir hədiyyədir. Həm də turistlər üçün diqqətçəkən bir əsərdir.
Prezident İlham Əliyev: Nə yaxşı ki, burada da bu lövhə var. Buradan keçən görəcək, biləcək ki, müəllif kimdir.
Tahir Məmmədov: Bəli
Samir Kaçayevin atası: Diqqətinizə görə minnətdarıq, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, siz sağ olun ki, Vətən üçün, dövlət üçün belə övlad yetişdirmisiniz. Qəhrəmancasına həlak olub, şəhadət zirvəsinə ucalıb və istedadlı bir gənc idi, vətənpərvər gənc idi. Siz sağ olun ki, belə övlad böyütmüsünüz, o da canını Vətən uğrunda fəda edib.
Samir Kaçayevin atası: Çox sağ olun.
Prezident İlham Əliyev: Təsəlli o ola bilər ki, qanı yerdə qalmayıb. O, Aprel döyüşləri zamanı həlak olmuşdur. Biz düşməndən onun və bütün digər şəhidlərimizin qanını aldıq. Torpaqlarımızı geri qaytardıq, böyük Zəfər əldə etdik və Aprel döyüşlərinin bu Zəfərdə də öz rolu var, öz payı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu da onun xatirəsinə özü tərəfindən yaradılmış bir əbədi abidə olacaq.
Birinci xanım Mehriban Əliyeva: Əsərin fonunda şəkil çəkdirək.
Xatirə şəkli çəkdirildi.
Samir Kaçayevin atası: Çox sağ olun.
Prezident İlham Əliyev: 22 yaşı var idi.
Samir Kaçayevin atası: Bəli, təzə tamam olmuşdu. Bir ay idi ki, 22 yaşı tamam olmuşdu. Magistraturaya qəbul olmuşdu. Dedim, oxu qurtar sonra. Dedi yox, gedim Vətənə borcumu verim. Ondan sonra davam edəcəm.
Mehriban xanım, Sizə də çox sağ olun. Siz bizə ev tikdirmisiniz. Çox sağ olun. Çox minnətdarıq, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Samir Kaçayevin ailə üzvü: Şəhidlərin xatirəsinə böyük ehtiram, şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərirsiniz, çox sağ olun.
Prezident İlham Əliyev: Şəhidlərin xatirəsi bizim üçün müqəddəsdir.
Şamaxı rayonunda indi işlər yaxşı gedir. Böyük quruculuq işləri aparılır. Bütün sahələrdə insanların rahatlığı üçün çalışırıq. Şəhidlərimiz də bax, bu gün üçün öz canlarını fəda etmişlər ki, xalqımız rahat yaşasın, sülh, təhlükəsizlik şəraitində yaşasın, öz doğma torpağına qayıtsın və artıq qayıdıbdır. Biz bir neçə gündən sonra tarixi Zəfərin birinci ildönümünü qeyd edəcəyik. Bütün şəhidlərimizin bu Zəfərdə böyük payı var, öz payı var hər bir şəhidin.
Birinci xanım Mehriban Əliyeva: Əsər də simvolikdir. Sanki şəhidlərin ruhları zirvəyə qalxır.
Prezident İlham Əliyev: Bəli, elədir.
Samir Kaçayevin ailə üzvü: Bu onun son işlərindən biridir. Bu görüşə görə sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Birinci xanım Mehriban Əliyeva: Sağ olun!

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI