Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14:19 - Təhsilimizin bu günü...

13:10 - Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

13:08 - Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”

07:14 - HAYATA DOKUNMAK (GENÇLİĞİMİN MERKEZİ) EKİBİ AKDENİZ’İN İNCİSİ ANTALYA’DA

00:12 - BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.

17:01 - Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

16:58 - Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

11:58 - Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

11:17 - Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

11:15 - Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

10:40 - Xankəndidə silah-sursat aşkarlanıb

10:38 - 25 Aprel Respublika Sahibkarlar günüdür

10:25 - Quba Xaçmaz Regional Təhsil idarəsinin A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə Yer günü və " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində iməclik keçirilmişdir.

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qaradağda müharibənin birinci ildönümünə həsr olunmuş tədbir - Fotolar

Qaradağda müharibənin birinci ildönümünə həsr olunmuş tədbir - Fotolar
1-11-2021, 17:47 362 dəfə baxılıb

Noyabrın 1-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın üzvləri, Milli Məclisin deputatı Səbinə Xasayeva, İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, şəhid ailələri, qazilər, YAP Qaradağ rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Heydər Əliyev Mərkəzinin foyesində “Keçən günlər müqəddəs bir xatirədir” adlı 44 günlük Vətən Müharibəsi şəhidlərinin mülki həyatda olan fotolarından ibarət sərgiyə baxışla keçirilib. Dövlət himni səslənəndən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Daha sonra 44 günlük Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Qaradağdan Qarabağa” adlı videorolik nümayiş olunub.
Qaradağ RİH başçısı Süleyman Mikayılov tədbirdə çıxış edib. Çıxışında 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun qələbələrindən, işğal olunmuş torpaqların azad olunmasından söhbət açıb. Şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına torpaqlarımızın işğaldan azad olunmasını vurğulayıb.
Daha sonra tədbirdə iştirak edən qonaqlar - Milli Məclisin deputatı Səbinə Xasayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi, polkovnik Vüqar Seyidov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid Musaoğlu Ataməli Seyidməmməd oğlunun anası Leyla Musayeva çıxış ediblər.
 





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI