Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ağ Evdən liderlərin görüşündən sonra ilk - Açıqlama

Ağ Evdən liderlərin görüşündən sonra ilk - Açıqlama
31-10-2021, 18:55 140 dəfə baxılıb

Ağ Ev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Co Baydenin görüşünü dəyərləndirib.
Vətənim-Azərbaycandır.az” xəbər verir ki, açıqlamada Baydenin Türkiyə ilə konstruktiv danışıqların davam etdirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi və anlaşılmazlıqların təsirli bir şəkildə idarə olunması arzusunu dilə gətirdiyi bildirilib.
Qeyd olunub ki, Bayden Türkiyənin Əfqanıstandakı NATO missiyasına təxminən 20 il dəstək göstərməsini təqdir etdiyini deyib.
Liderlərin görüşündə Suriyadakı siyasi proses, Əfqanıstanda ehtiyacı olanlara humanitar yardımın çatdırılması, Liviyadakı seçkilər, Şərqi Aralıq dənizindəki vəziyyət və Qafqazın cənubundakı diplomatik səylərin gündəmə gəldiyi qeyd edilib.
Baydenin iki ölkə arasında müdafiə əməkdaşlığı və Türkiyənin NATO üzvü olaraq önəmini qeyd etdiyi bildirilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI