Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Saakaşvilinin ekstradisiyası ilə bağlı Gürcüstan XİN-dən - Açıqlama

Saakaşvilinin ekstradisiyası ilə bağlı Gürcüstan XİN-dən - Açıqlama
30-10-2021, 00:34 152 dəfə baxılıb

Gürcüstan Xarici İşlər Nazirliyi eks-prezident Mixail Saakaşvilinin ekstradisiyası məsələsi ilə bağlı Ukrayna tərəfi ilə danışıqların aparılması barədə məlumatı təkzib edib.

Vətənim-Azərbaycandır.az” gürcü mediasına istinadən xəbər verir ki, bundan əvvəl Ukrayna Ali Radasının deputatı Yuliya Klimenko gürcü jurnalistlərə bildirib ki, Saakaşvilinin Ukraynaya qaytarılması ilə bağlı diplomatik səviyyədə danışıqlar davam edir.
“Biz tam məsuliyyətlə bəyan edirik ki, məsələnin diplomatik yollarla Ukrayna tərəfi ilə müzakirə edilməsi barədə məlumat doğru deyil", - deyə XİN-in məlumatında bildirilir. 
Nazirliyin məlumatına görə, Saakaşvilinin Ukraynaya ekstradisiyası ilə bağlı əvvəllər danışıqlar aparılmayıb və hazırda da bu məsələ müzakirə olunmur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI