Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qələbəni təmin edən amillər

Qələbəni təmin edən amillər
16-10-2021, 12:52 194 dəfə baxılıb

Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etmişdir. Cənab İlham Əliyev səfər zamanı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan ordusunun qələbəsi, tarixi ədaləti bərpa etməsi və ermənilərin törətdikləri vəhşiliklərlə bağlı bir çox vacib məqamlara toxundu.
Prezident İlham Əliyev bildirmişdir: baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətəuğradılar. Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, Azərbaycan Ordusu Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcək. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik.
Hadrut işğaldan azad olunmuş bütün digər ərazilər kimi bərpa olunacaqdır. Azərbaycan Hadrutu bərpa edəcək. Hadrutun baş planının ilk layihəsi artıq hazırlanıb. Yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcək və həmin plan təsdiq olunacaqdır. Artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikiləcəkdir.
Prezident İlham Əliyev həmçinin bildirmişdir ki,müharibəyə hazırlıq bütün dövrlərdə aparılırdı. Hazırlıq sistemli xarakter daşımışdı. Uzunmüddətli hərtərəfli hazırlıq işləri gedirdi – iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu sahələrində, vətənpərvərlik, düşmənə nifrət hissi aşılanırdı gənclərimizə. Bu hazırlıq nəticədə belə möhtəşəm Qələbəyə gətirib çıxardı ki, bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan, xaricdə yaşayan milyonlarla azərbaycanlı bu gün haqlı olaraq fəxr edir.
2003-cü ildən başlayaraq məcburi köçkünlərlə Prezident İlham Əliyevin davamlı görüşləri təşkil olunurdu. Ötən illər ərzində 100-dən çox şəhərcik inşa edilmişdir. Ancaq bizim əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi. Azərbaycan bu vəzifəyə nail oldu. Bu gün keçmiş məcburi köçkünlər evlərinə dönməyə hazırlaşırlar.
Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın, ordumuzun, qəhrəman əsgərlərimizin gücünü, qüdrətini bütün dünyaya göstərdi. Qazanılan Zəfərdə xalqımızın həmrəyliyinin xüsusi rol olmuşdur. Vətən müharibəsinin davam etdiyi günlərdə bütün cəmiyyətimiz misilsiz dərəcədə birlik və həmrəylik ifadə etdi. Məhz Xalq-Ordu-Ali Baş Komandan birliyi parlaq zəfərimizin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etmişdir.
Güntəkin Məmmədova
147 saylı texniki-humanitar liseyin tarix müəllimi,
Prezident mükafatçısı, Qabaqcıl təhsil işçisi .
Xətai rayonu

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI