17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərliyi ilə qərargah yaradıldı
Vetenim-Azerbaycandir.az xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, Prezidentin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb.
Qərargahın nəzdində müxtəlif işçi qruplardan ibarət İdarələrarası Mərkəz fəaliyyət göstərir.
Həmin işçi qruplarından biri olan Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin hazırkı vəziyyətinin müəyyənləşdirilməsi, vurulmuş zərərin qiymətləndirilməsi, onların təsnifatının aparılması, habelə müvafiq qaydada bərpa işlərinin və mühafizənin təşkilidir.
Nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sədrliyi ilə işçi qrupun iclası keçirilib. İclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər iştirak edib.
Diqqətə çatdırılıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası, mədəniyyət və dini abidələrin şəhərsalma qaydaları nəzərə alınmaqla yenidən qurulması, onların etibarlı mühafizəsinin təşkili gündəlikdə duran əsas məsələlərdir.
İclasda Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində ardıcıl mədəni tədbirlərin keçirilməsi, xüsusilə Vaqifin poeziya günlərinin və “Xarı bülbül” festivalının təşkili ilə bağlı məsələlər də nəzərdən keçirilib.
İşçi qrupun üzvü olan dövlət qurumlarının rəhbərləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat vermiş, bir sıra əlavə təkliflər səsləndirib.