01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
100 il geri dönüş – Azərbaycan erməniləri peşman etməkdə davam edir
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərmanı regionun yeni düzənində baş verən dəyişikliyin rəsmi təsdiqidir. Fərmana əsasən ən diqqət çəkən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılması barədə məsələ oldu ki, bu da dediyimin təsdiqidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı imzalanan fərman erməniləri sözün əsl mənasında təşvişə salıb. Çünki düşmən artıq hər şeyin bitdiyini, boşuna xəyal qurub, plan hazırlamağın bundan sonra mənasız olduğunu anlamağa başladı. Qısacası, ermənilərin qorxduqları başlarına gəldi.Belə ki, haylar Azərbaycanın məhz bu plnanının reallaşmaması üçün təxminən 30 il Qarabağ üzərindən Azərbaycana təzyiqlər edib “status-kvo”nu saxlamaq istəyirdilər. Qarabağ rıçaqı tamamilə əlindən alınan ermənilər daha böyük fakt qarşısında aciz qalıblar. Əgər Qarabağ iqtisadi rayonlarının (Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə) yaradılması ilə Xankəndi, Xocalı və Xocavəndlə bağlı ermənilərin ərazi iddialarının üstündən xətt çəkilmiş oldusa, süni bölgü tarixə qovuşdusa, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə isə tarixi ad bərpa olundu, Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfi rəsmi elan edildi.