01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
İşə qəbul zamanı şəxsdən məhkumluq arayışı istənilməlidir? - AYDINLIQ GƏTİRİLDİ 12:40 | 849
VETENİM-AZERBAYCANDIR.AZ
“Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsi “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.4-cü yarımbəndinə uyğun hazırlanmaqla Azərbaycan Respublikasının vətəndaşlarına, ölkə ərazisində yaşayan (yaşamış) əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra - şəxs) məhkumluq barədə arayışların verilməsi qaydalarını tənzimləyir”. Bu sözləri açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, məhkumluq barədə arayışların verilməsi və bununla bağlı müraciətlərin qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi, şəhər, rayon polis idarə və şöbələr tərəfindən həyata keçirilir: “Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 nömrəli Fərmanına müvafiq olaraq məhkumluq haqqında arayışlar eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir.
Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər. Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur. Yetkinlik yaşına çatmayan, qəyyumluq və himayəçilik təyin olunmuş şəxslərə məhkumluq barədə arayış onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizələrinə əsasən verilir. Məhkumluq barədə arayışın verilməsi ödənişsizdir.
Arayış dərhal verilir. Şəxsin məhkumluğu olduqda və bununla bağlı əlavə araşdırma zərurəti yarandıqda arayış 1 iş günü müddətində verilir”.