Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Moskva Ruben Vardanyana kömək etməyəcək!” - Rusiya SENATORU

“Moskva Ruben Vardanyana kömək etməyəcək!” - Rusiya SENATORU
28-09-2023, 07:58 224 dəfə baxılıb

VETENİN.AZERBAYCANDIR.AZ


Rusiya parlamentinin yuxarı palatasının - Federasiya Şurasının Konstitusiya komitəsinin üzvü Aleksandr Başkin qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın saxlanılmasına münasibət bildirib.

VETENİM-AZERBAYCANDIR.AZ saytının məlumatına görə, Aleksandr Başkin bildirib ki, Ruben Vardanyanın 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından könüllü imtina etməsi onun şəxsi seçimi olub. Rusiyalı senatorun sözlərinə görə, Vardanyanın saxlanılması həmin seçimin nəticəsidir. Başkin deyib ki, bu hadisə Rusiya pasportunun qiymətinə şübhə edənlər üçün yaxşı nümunə ola bilər.

Federasiya Şurasının üzvü onu da əlavə edib ki, R.Vardanyan Rusiya vətəndaşı olmadığından Moskvadan kömək ala bilməyəcək:
 
“Düşünürəm ki, onun vətəndaşlıqdan könüllü çıxmasının hüquqi nəticələri olacaq. İndi o, Rusiya Federasiyasından yardım ala bilmir və almayacaq”.
 
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) bəyan edib ki, sentyabrın 27-də qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Və Bakıya gətirilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI