20:03 - Ağ Evin keçmiş mətbuat katibi televiziyada işə başlayacaq
19:56 - Belçika kralı İlham Əliyevə məktub göndərdi
17:02 - İlham Əliyevdən İTV ilə bağlı SƏRƏNCAM
16:23 - Güclü Azərbaycan Ordusu İlham Əliyevin yaratdığı inkişaf nümunələrindən biridir.
16:14 - Almaniyada meymunçiçəyinə yoluxanlar 21 günlük karantinə alınacaq
16:10 - “Bu həftənin 2-ci yarısında hava sabitləşməyə doğru dəyişəcək”
12:07 - Narkotik vasitədən istifadəyə görə hansı halda cinayət işi açılmır?
11:43 - İlham Əliyev müdrik rəhbər və Müzəffər Ali Baş Komandan kimi Vətən müharibəsinin qəhrəmanıdır.
10:35 - Borrel Brüsseldəki görüşü yüksək qiymətləndirir
10:12 - Səsinin sehriylə ucalan xanəndəmiz...
06:22 - Qazaxıstanda xarici pasportlarda çip tapıldı, nazirlik açıqlama yaydı
06:19 - Rusiyalı diplomat “Heç vaxt ölkəmdən bu qədər utanmamışam” deyərək istefa verdi
06:16 - “Məktəbdə yaxşı oxumayıblar və bunu bilmirlər” - Lavrov
HƏR KİM 100 İL YAŞAMASA GÜNAH ONUN ÖZÜNDƏDİR
15 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Davamlı Turizmin İnkisafına Dəstək” İctimai Birliyi tərəfindən "Hər kim 100 il yaşamasa günah onun özündədir. Sağlam yaşa 100 yaşa" layihəsi çərçivəsində sağlam həyat tərzi ilə bağlı layihədə nəzərdə tutulmuş dördüncü təlim Sumqayit Gənclər evində keçirilmişdir. Təlimdə 15 gənc sağlam həyat tərzinin qaydaları ilə bağlı məlumatlandırılmışdir.
İlk əvvəl layihənin rəhbəri Nərminə Qəribova təlim iştirakçılarını salamlayaraq layihənin məqsədi və donoru haqda məlumat vermis,
sonra təlimdə iştirak edən psixoloq Günay Qasımova təlim iştirakçılarına depressiya hallarına erkən müdaxilə ilə qarşısının alınması, stresin idarə olunması, zərərli vərdişlərin mənfi təsirləri və layihədə nəzərdə tutulan digər psixoloji vacib məqamlar haqqında ətraflı məlumat vermisdir. Psixoloqun çıxışı gənclər tərəfindən xüsusi maraqla qarşılanmis qarşılıqlı sual cavab olmuşdur.
Təlimdə iştirak edən həkim Mətanət Qaraxanova isə sağlam həyat tərzinin qaydaları, düzgün qidalanma, düzgün yuxu rejimi, sağlam həyat üçün ən vacib amillərlə bağlı geniş məlumat vermisdir.
Gənclərin marağı və aktivliyi bu kimi tədbirlərin həyata keçirməsinə ehtiyac olduğunu təkrar sübut etmişdir.
Tədbirdə çay, kofe və nahar yeməyi verilməsi daha isti və səmimi mühit yaratmışdı.
Təlimin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuş, günün sonunda iştirakçılara paylanması üçün bukletlər təqdim edilmişdir.
Layihə dövründə Healtway qrupunun dəstəyi və iştirakçıların köməyi ilə özündə sağlam həyat tərzinin qaydalarını əks etdirən ümumilikdə 1500 buklet paylanmışdır.
Layihədə Bakı və Sumqayit şəhərlərində keçirilmiş 4 tədbirdə ümumi 60 gəncin maarifləndirilmisdir.
Bu qədər gəncin və bukletlər vasitəsi ilə məlumatlanmış digər şəxslərin adından Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyinə dərin təşəkkürümüzü bildiririk.