Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Kovidə yoluxmuş kişi neçə vaxtdan sonra ata ola bilər? - Uroloqdan cavab.

Kovidə yoluxmuş kişi neçə vaxtdan sonra ata ola bilər? - Uroloqdan cavab.
14-10-2021, 06:57 264 dəfə baxılıb

Kovid virusuna yoluxub, müalicə alıb sağalmış istənilən yaşda kişilər yoluxmadan 3-4 ay sonra ata olmağı planlaşdıra bilər.

"Ölkə.Az" medicina.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı uroloq, akademik Dmitriy Puşkar bildirib.
Akademik qeyd edib ki, koronavirus kişi cinsiyyət sisteminə neqativ təsir edir, bəzən xəstələrin sperm materialında virus aşkarlanıb.
"Xəstəlikdən sonrakı ilk 2 ayda ümumilikdə orqanizmdə neqativ izlər, qan təhlillərində dəyişikliklər qalır. Xüsusən müalicə dərmanlarının qalıqları hələ də sidik, sperm və qanda dövr edir. Üstəlik orqanizm zəifləyir.
Biz ümid edirik ki. sonradan hər şey əvvəlki kimi və sağlam olur. Amma yenə də tövsiyə odur ki, koviddən 2-3 ay sonra hamiləlik və ata olmaq planlaşdırılsın. Əgər bundan tez baş veribsə, elə də ciddi qorxusu yoxdur. Amma bu müddət gözlənilsə daha yaxşıdır.
Kovid vaksininin isə kişilərə əks təsiri yoxdur, vaksinin 2-ci dozasından 2 həftə sonra uşaq barədə addımlar atmaq olar".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI