Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Milli mətbuat günü.

Milli mətbuat günü.
22-07-2022, 05:47 439 dəfə baxılıb

22 iyul Azərbaycanda Milli mətbuat və Jurnalistika günü kimi qeyd edilir. 

Bu gün qələminə sadiq, sözünün kəsəri olan, vicdanlı qələm sahiblərinin, obyektiv fikir adamlarının, dəyərli peşə sahiblərinin özəl və gözəl günüdür. 
Hələ uzun illər öncə təməli Həsən Bəy Zərdabinin "Əkinçi" si ilə qoyulan Milli Mətbuatımızın təntənəsi göz önündədir. Azərbaycanımızın azad sözü, azad fikri məhz bu təntənənin möhtəşəm nəticəsidir. 
Bu günün zərrəsi olmaq belə xoşbəxt edir bizləri. Və mətbuat nümayəndələri hər zaman dövlətimizin və dəyərli insanlarımızın diqqət mərkəzindədir. 
Bu tendensiyanın davamı olaraq bu gün Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalı bir qrup işində, peşəsinə seçilən dəyərli peşə sahiblərini mükafatlandırıb. Təsisçi və baş redaktor, çox hörmətli Kamran Orucov Vətənim - Azərbaycandır.az ailəsinin əməkdaşlarını, rayon və bölgə təmsilçilərini təbrik edib və Fəxri Fərmanla mükafatlandırmışdır. 
Dəyər xoşbəxt edən və stimul verən amillərdəndir. Biz də böyük Vətənim-Azərbaycandır.az kollektivi olarag hörmətli Baş Redaktorumuzu ürəkdən təşəkkürlərimizi ifadə edirik. Bundan sonrakı amalımız da vicdanla, yorulmadan Azərbaycan Mətbuatı üçün calışmamızdır. Heç kəsə sirr deyil ki, 44 günlük haqlı Vətən savaşımız dönəmində də informasiya müharibəsinin iştirakçısı olan bu dəyər sahibləri birlik nümayişinə çıxdılar və öz sözlərini bu sahədə də deməyi bacardılar. Ümidvarıq ki, bundan sonrakı yolumuz da rahat, hamar olmasa da bol-bol nailiyyətlərlə dolu olacaqdır. Uğurlar dəyərli həmkarlarımız! 
MİLLİ MƏTBUAT GÜNÜMÜZ MÜBARƏK! 


Nəhayət Şirinova. 
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının redaktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI