Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Oğuzda “Media və mənəvi dəyərlər” adlı seminar keçirilib

Oğuzda “Media və mənəvi dəyərlər” adlı seminar keçirilib
11-07-2022, 12:36 247 dəfə baxılıb

Oğuzda “Media və mənəvi dəyərlər” adlı seminar keçirilib.



İyulun 16-18-i Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə və təşkilati dəstəyi, Oğuz şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə Oğuz rayonunda bir sıra mətbuat nümayəndələri üçün “Media və mənəvi dəyərlər” adlı ikigünlük seminar keçirilib.

Mənəvi Dəyərlərin Təbliği Fondundan
 "Vətənim-Azərbaycandır.az" “Qafqazinfo”ya istinadən verilən məlumata görə, seminarın birinci günündə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun Himayəçilik Şurasının üzvü, “SƏS” Media qrupunun rəhbəri Bəhruz Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, “Olaylar” İnformasiya Agentliyinin və qəzetinin rəhbəri, yazıçı Yunus Oğuz və Oğuz şəhəri “Cümə” məscidi dini icmasının sədri Şövkət Cəlilovun çıxışları dinlənilib. Daha sonra Fondun sifarişi ilə hazırlanan “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film nümayiş olunub.

Tədbirin ikinci günündə iştirakçılar tərəfindən ekspertlərin məruzələri dinlənilib. Müzakirələrlə davam edən tədbirdə ekspertlər və mətbuat nümayəndələri arasında seminarın mövzusuna uyğun olaraq maraqlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Daha sonra iştirakçılar üçün Oğuz rayonunda yerləşən Tarix-diyarşünaslıq muzeyi, məscid, kilsə və sinaqoqlara ekskursiyalar təşkil olunub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI