Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan İstiqlal muzeyində keçirilən "Şuşa, sən azadsan!" adlı tədbir-sərgi.

Azərbaycan İstiqlal muzeyində keçirilən "Şuşa, sən azadsan!" adlı tədbir-sərgi.
18-05-2022, 17:20 481 dəfə baxılıb

??17 may 2022-ci il tarixində Azərbaycan İstiqlal muzeyində Ali Baş komandan, Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında sərəncamına əsasən “Şuşa, sən azadsan!” adlı tədbir-sərgi keçirildi.

 Bu il milli mədəniyyətimizin, incəsənətimizin beşiyi olan Şuşa şəhərinin 270 illiyi qeyd olunur. Şuşa şəhəri yarandığı gündən zəngin inkişaf yolu keçərək Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.
 28 il ərzində düşmən əsarəti altında qalan Şuşada xalqımızın tarixi və mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirilmişdir.
 Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə 44 günlük Vətən müharibəsində zəfər çaldı.
 Hər bir azərbaycanlı üçün müqəddəs bir məkana çevrilən, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə böyük layihələr gerçəkləşdirilir. Artıq Şuşa bir çox festivallara, mədəni tədbirlərə ev sahibliyi edir. Son olaraq ötən həftə Şuşada baş tutan V “Xarıbülbül” Beynəlxalq Folklor festivalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan İstiqlal muzeyinin əməkdaşları da böyük qürur hissi ilə iştirak etdilər.
 Sərgidə əslən Şuşadan olan, yaradıcılığını Qarabağa həsr edən peşəkar rəssamlara – Zaur Mirzəyev, Ülkər Əbülfət, Əhmədova Xəyalə, Vüsal Allahverdiyevə məxsus 17 əsər-təsviri və tətbiqi sənət nümunələri nümayiş olundu. 
 Xüsusi olaraq sərgi üçün hazırlanmış “Şuşa, sən azadsan!” adlı videoçarx təqdim olundu.
 Tədbirin rəsmi açılışında Bülbül adına Orta İxtisas Musiqi məktəbinin istedadlı şagirdlərinin canlı musiqi ifaları tamaşaçıların zövqünü oxşadı. 
 Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının rəhbərlik nümayəndələri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının əməkdaşları, ASAN könüllülər və digər qonaqlar iştirak etdilər.
Əsgərova Şövkət.
"Vətənim Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI