Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14:19 - Təhsilimizin bu günü...

13:10 - Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

13:08 - Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”

07:14 - HAYATA DOKUNMAK (GENÇLİĞİMİN MERKEZİ) EKİBİ AKDENİZ’İN İNCİSİ ANTALYA’DA

00:12 - BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.

17:01 - Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

16:58 - Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

11:58 - Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

11:17 - Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

11:15 - Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

10:40 - Xankəndidə silah-sursat aşkarlanıb

10:38 - 25 Aprel Respublika Sahibkarlar günüdür

10:25 - Quba Xaçmaz Regional Təhsil idarəsinin A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə Yer günü və " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində iməclik keçirilmişdir.

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Şuşa şəhərində V "Xarı bülbül" Beynəlxalq Folklor Festivalının açılışı olub.

Şuşa şəhərində V "Xarı bülbül" Beynəlxalq Folklor Festivalının açılışı olub.
14-05-2022, 08:37 312 dəfə baxılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının açılışında iştirak ediblər.


Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarı bülbül" Beynəlxalq Folklor Festivalının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.

Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan "Şuşa İli”ndə keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər.

Qeyd edək ki, Şuşa şəhərində ilk "Xarıbülbül" festivali məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında - Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.
1990-cı ildən "Xarı bülbül" festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.

1991-ci ildə keçirilən III "Xarıbülbül" festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.

Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən "Xarı bülbül" festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərindəki İmarət kompleksində keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra ənənəvi "Xarıbülbül" festivali yenidən Şuşa şəhərində təşkil edildi. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.
Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.

"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI