Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

DÜNYA

DÜNYA
5-04-2022, 18:40 523 dəfə baxılıb

Biz gəldi-gedərik, köçərik bir gün,

Hər yerin şeytanla lap dolub, dünya.
Üstünü də qara bulud, çən alıb,
Güllər də vaxtından tez solub, dünya.

Yaman ağır, pis gəlibdi zamana,
Qara bağlayıbdı çox yerdə Ana,
İnsan oğlu divan tutur insana,
İnsanlıq elə bil yox olub, dünya.

Bütün zalımları qəlbi daş gördüm,
Kədərli gözlərdə qanlı yaş gördüm,
Var-dövlət üstündə hey savaş gördüm,
Şahların gözünü qan alıb, dünya.

Elə bil yarışa girib yaltaqlar,
Nə həya qanırlar, nə də abır-ar,
Yer üzündə çoxalıbdı alçaqlar,
İndi nər igidlər az qalıb, dünya.

Haqq deyəni zindanlara salırlar,
Həyat şirin, ömür qısa, vədə dar,
Əkbəroğlu kimi haqqı yazanlar,
Qürbətdə özünə yurd salıb, dünya.

Qarağan Əkbəroğlu
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI