Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Marşımız Türkiyə serialında - Video

Marşımız Türkiyə serialında - Video
25-02-2022, 18:50 195 dəfə baxılıb

Türkiyənin ATV telekanalında yayımlandığı ilk gündən tamaşaçıların rəğbətini qazanan “Yalnız qurd” (Yalnız kurt) serialının 5-ci bölümünün anonsu yayımlanıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, fraqmentdə “Nuri Killigil / Qafqaz İslam Ordusu” marşına yer verilib. Sözləri Nəriman Həsənzadəyə, bəstəsi Əli Behbudzadəyə məxsus olan marşı Şəmistan Əlizamanlı səsləndirir.
Fraqmentdə Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın fabrikindəki partlayışdan sonra baş verənlər ekrana gətirilir. Sosial şəbəkələrdə “Yalnız qurd” serialının pərəstişkarları “Əfsanəvi bir bölüm gəlir” kimi şərhlər yazırlar.
Türkiyənin yaxın tarixini işıqlandıran serial son illərdə baş verən çevrilişləri, xəyanətləri, qətlləri, anarxiya və terroru əhatə edir. İlk seriyaları ilə diqqəti cəlb edən serialda Cihan Ünal, Hasan Denizyaran, Damla Çolbay, Murat Han və Polat Bilgin kimi aktyorlar çəkiliblər. “Sinagraf” şirkətinin istehsalı olan serialın rejissoru Çağatay Tosundur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI