Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu, 500 manatdan az əməkhaqqı alan insanlarda neqativ təsir yaradır”

Bu, 500 manatdan az əməkhaqqı alan insanlarda neqativ təsir yaradır”
11-02-2022, 14:36 314 dəfə baxılıb

“Ölkənin ən iri pul əsginası ölkənin minimum əməkhaqqından yuxarı olmamalıdır”. “Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib. 

O, qeyd edib ki, 500 manatlıq əsginasların devalvasiya, inflyasiyaya səbəb olacağına dair fikirləri qəbul etmir: “Bunun ciddi iqtisadi risk yaratma effekti yoxdur. Bu sadəcə xırda əsginaslara psixoloji basqı yaradır. Amma ən pisi odur ki, 500 manatdan az əməkhaqqı alan insanlarda neqativ təsir yaradır ki, adam bir ay işləyir, amma onun əməyi heç bir əsginasın dəyəri qədər olmur. Buna görə də iri əsginas sevdasından uzaqlaşmaq lazımdır”.
Bu nominalda əsginasların digər mənfi tərəfindən danışan Eldəniz Əmirov vurğulayıb ki, belə əsginaslar daha çox çirkli pulların yuyulmasında və digər qeyri-qanuni əməllərin həyata keçirilməsi üçün istifadə edilir: “Bu beynəlxalq təcrübədə təsdiqini tapmış haldır. Buna görə də 500-lük avrodan Böyük Britaniya 2010-cu ildə, daha sonra isə Avropa Mərkəzi Bankı imtina etdi”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI