Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərlotereya” ani lotereyalarında böyük uduşlar qazanıldı

Azərlotereya” ani lotereyalarında böyük uduşlar qazanıldı
17-02-2022, 12:33 395 dəfə baxılıb

“Azərlotereya” ASC tərəfindən təşkil olunan ani lotereyalar - “Brilliant”, “Şans ulduzu” və “Qızıl” 100.000, 50.000 və 25.000 manat böyük uduşları ilə sevindirməyə davam edir. Bu dəfə ard-arda bir neçə uduş öz şanslı qaliblərinə qismət olub.

“Şans ulduzu” ani lotereyasında növbəti böyük uduş 50.000 manat Bakı sakini tərəfindən udulub. “Qızıl” ani lotereyasında iki böyük uduş hərəsi 25.000 manat olmaqla Mingəçevir və Şəmkirdə qazanılıb.
Uduşlar bununla da bitməyib. “Brilliant” ani lotereyasında böyük uduş – 100.000 manat Bakıda fəaliyyət göstərən marketlərin birində paytaxt sakininə qismət olub. 
Lotereyaların təşkilində şəffaflıq və uduş fondlarına gəldikdə isə qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı aydın şəkildə yazılır. Lotereya oyunlarında uduşları qazananların adı və soyadlarının açıqlanması yalnız uduş qazanan şəxslərin icazəsi ilə mümkündür. 
Xatırladaq ki, ani lotereyalarda böyük uduşlar, eləcə də milyonlarla digər uduşlar qazanmaq şanşı hələ də qalır. 
“Azərlotereya” tərəfindən təşkil olunan “Brilliant”, “Şans ulduzu” və “Qızıl” ani lotereyalarını satış nöqtələri, “Azərpoçt” şöbələri, “Maxi.az” və “Optimal Elektronika” mağazalar şəbəkəsindən, eləcə də bütün “Misli” məntəqələrindən əldə etmək mümkündür. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI