Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Makedoniyalı nazirdən Cənub Qaz Dəhlizi ilə bağlı kəmərin tikintisi barədə - Açıqlama

Makedoniyalı nazirdən Cənub Qaz Dəhlizi ilə bağlı kəmərin tikintisi barədə - Açıqlama
5-02-2022, 17:12 222 dəfə baxılıb

“Dünən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Cənub Qaz Dəhlizinin genişləndirilməsi və enerji keçidi ilə bağlı plenar sessiyalarda bizim çox məhsuldar görüşümüz baş tutdu. Tədbir zamanı bir çox ölkələrə məxsus şirkətlər Azərbaycanın təbii qaz nəqlinin həcm və təhlükəsizliyinin artırılması ilə bağlı müxtəlif təqdimatlarla çıxış etdilər”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Şimali Makedoniya bu layihənin bir hissəsi olmaqda maraqlıdır.
“Bu istiqamətdə işlər artıq başlayıb və biz bu il ərzində Trans-Atlantik boru kəmər layihəsinə birbaşa qoşulmağı planlaşdırırıq. Hesab edirik ki, bu, təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsinə və enerji təhlükəzisliyinin artırılmasına, eləcə də ətraf mühitin çirklənməsinin həcminin azalmasına töhfə verəcək”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, Şimali Makedoniyanı Cənub Qaz Dəhlizi ilə əlaqələndirəcək və 2,8 milyard kubmetr həcmdə təbii qazın nəql edilməsini nəzərdə tutan qaz kəmərinin tikintisi ilə bağlı işlər aparılır.
Nazirin sözlərinə görə, bu həcmdə təbii qazın nəql edilməsi həm Şimali Makedoniyanın qaza olan tələbatını ödəməyə kömək edəcək, həm də ölkənin qonşu dövlətlər üçün tranzit əhəmiyyətinin artmasına təkan verəcək.
“Şimali Makedoniya və region dövlətləri alternativ enerji mənbələri tapmaq üçün səylərini əsirgəmirlər. Şimali Makedoniya nəinki özünün, həmçinin region ölkələrinin də iqtisadiyyatına kömək edəcək enerji mənbələrinin şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələrin uğurla başa çatdırılması üçün öz töhfəsini verməyə davam edəcək. Ona görə də biz daha çox yeni enerji təchizatı marşrutlarına sərmayə yatırmalıyıq və bu bizim prioritetlərimizdən biridir. İnanırıq ki, 2023-cü ildə Şimali Makedoniyanın Cənub Qaz Dəhlizi ilə birbaşa əlaqələndirilməsinə nail olacağıq”, - deyə nazir əlavə edib.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI