Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanla Ərdəbil vilayəti arasında sərhəd-keçid məntəqəsi açılıb

Azərbaycanla Ərdəbil vilayəti arasında sərhəd-keçid məntəqəsi açılıb
27-12-2021, 10:24 431 dəfə baxılıb

İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsi açır.

Vətənim-Azərbaycandır.az” “İRNA”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ərdəbil vilayətinin valisi Hadi Ameli açıqlayıb.
“İran və Azərbaycan arasındakı münasibətlərin xüsusilə də mal daşımaları sahəsində inkişaf etdirilməsini asanlaşdırmaq məqsədilə vilayətin şimalında sərhəd-keçid məntəqəsi açılacaq”, - deyə Hadi Ameli qeyd edib.
Onun sözlərinə görə, malların ticarətini və tranzitini asanlaşdırmaq üçün vilayət yollarını genişləndirməyi planlaşdırırıq. Ameli bildirib ki, Parsabad-Ərdəbil yolunun inkişaf etdirilməsi hər iki ölkənin böyük şəhərlərə çıxış əldə etmək yolu ilə ticarətini inkişaf etdirməyə imkan verəcək.
Vali vurğulayıb ki, Aslanduz sərhəd-keçid məntəqəsinin açılması iqtisadi və sərhəd əlaqələrinin rifahı baxımından böyük əhəmiyyət daşıyacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI